Prezident İlham Əliyev Sankt-Peterburq şəhərindəki AR baş konsulunu geri çağırdı
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu - E.İ.Qulamovun vəzifəsindən geri çağırılması haqqında sərəncam imzaladı.
1news.az dövlət başçısının saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.
1news.az
618