Düşmən Tərtər və Ağdamı minaatanlardan və D-30 haubitsalarından atəşə tutub | 1news.az | Xəbərlər
Siyasət

Düşmən Tərtər və Ağdamı minaatanlardan və D-30 haubitsalarından atəşə tutub

09:28 - 28 / 04 / 2016
Düşmən Tərtər və Ağdamı minaatanlardan və D-30 haubitsalarından atəşə tutub

Erməni silahlı bölmələri yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 27-si axşam saatlarından başlayaraq 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

1news.az

Paylaş:
1580

Son xəbərlər

Şamaxıda zəlzələ olub

07 / 06 / 2026, 18:49

Karapetyan səs verib

07 / 06 / 2026, 12:39

Nikol Paşinyan səs verib

07 / 06 / 2026, 10:39
Bütün xəbərlər