Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər" | 1news.az | Xəbərlər
Siyasət

Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər"

10:51 - 28 / 04 / 2016
Xələf Xələfov: "Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər"

“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə əməl etməklə mümkündür”.

1news.az “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavinin Xələf Xələfov Pekində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə deyib. O, Azərbaycanın münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq olduğunu bildirib: “Beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa ciddi şəkildə əməl edilməsi və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsində təkid etməsi vacibdir”.

X. Xələfov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu söyləyib.

1news.az

Paylaş:
899

Son xəbərlər

Bütün xəbərlər