Müdafiə Nazirliyi: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb

11:55 - 28 / 04 / 2016
Müdafiə Nazirliyi: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb

Ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlikdən bildiriblər ki, ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

“Hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”- deyə. Nazirliyin məlumatında qeyd olunub.

Mövzu ilə əlaqədar oxuyun:

Müdafiə Nazirliyi: Düşmən minaatan və artilleriya qurğularından da istifadə etməklə atəşkəs rejimini 117 dəfə pozub

Düşmən Tərtər və Ağdamı minaatanlardan və D-30 haubitsalarından atəşə tutub

Vaqif Dərgahlı: Düşmən təmas xəttinə yaxın yaşayış məntəqələrini D-30 tipli haubitsalardan atəşə tutur

1news.az

Paylaş:
2328

Son xəbərlər

Bütün xəbərlər