Erdoğan: “Dağlıq Qarabağ münaqişəsində Azərbaycan güc toplayır” | 1news.az | Xəbərlər
Siyasət

Erdoğan: “Dağlıq Qarabağ münaqişəsində Azərbaycan güc toplayır”

12:09 - 28 / 04 / 2016
Erdoğan: “Dağlıq Qarabağ münaqişəsində Azərbaycan güc toplayır”

“Qarabağ cəbhəsindəki son hadisələr Azərbaycan Milli Ordusunun erməni silahlılarından daha üstün olduğunu nümayiş etdirdi”.

1news.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu münaqişədə Azərbaycan, İlham Əliyev güc toplayır. Rusiya da tam həcmdə olmayaraq Ermənistana yardım edir. O, Ermənistana dəstəyini tam nümayiş etdirmir, cünki Azərbaycanla münasibətlər onun maraq dairəsindədir. Əgər bu gün onlar Azərbaycanın uşğal altında olan torpaqlarının qaytarılması məsələsində neytral mövqedə dayansalar Ermənistanı qorxu bürüyəcək”,- deyə, Türkiyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə, görə atəşkəs rejimi pozmaqla Ermənistan odla oynayır.

“Azərbaycanın vəziyyəti qonşu ölkələrdən fərqlənir , bu vəziyyət və Gürcüstandakına, nə də Ukraynadakına bənzəmir” –Ərdoğan qeyd edib.

Türkiyəyə gəlincə onun bu məsələdəki sülhməramlı iradəsi hər kəsə məlumdur”.

Xatırladaq ki, 2-5 aprel tarixlərində Azərbaycan və Ermənistanın qoşunlarının təmas xəttində 22 il ərzində ən güclü hərbi toqquşma baş verib. Azərbaycan Silahlı Qüvvəlləri ermənistanın birinci birinci müdafiə xəttini qıraraq biz neçə strateji yüksəklik və yaşayış məntəqəsini azad edib.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər