Azərbaycan və BƏƏ hökuməti arasında dəniz nəqliyyatı üzrə əməkdaşlığa dair” saziş təsdiq olunub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan və BƏƏ hökuməti arasında dəniz nəqliyyatı üzrə əməkdaşlığa dair” saziş təsdiq olunub

21:18 - 28 / 04 / 2016
Azərbaycan və BƏƏ hökuməti arasında dəniz nəqliyyatı üzrə əməkdaşlığa dair” saziş təsdiq olunub

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Qanun qəbul olunub.

1news.az  dövlət başçısının saytına istinadən xəbər verir ki, qanunda bildirilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” 2016-cı il fevralın 2-də Dubay şəhərində imzalanmış Saziş təsdiq edilsin".

1news.az  

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər