Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib - FOTO
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Masallı şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan başlayaraq vətəndaşların qəbulu edib.
1news.az-a Fövqəladə Halllar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 108, digər məsələlərlə bağlı müraciət etmiş 106 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
1news.az