Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın VI iclasının yekunlarına dair Protokol imzalanıb
İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair Hökumətlərarası Komissiyanın altıncı iclası başa çatıb.
1news.az APA-ya istinadən xəbər verir ki, iclasda Komissiyanın Azərbaycan tərəfindən həmsədri, müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti iştirak edib.
İki gün davam edən iclasda iki ölkə arasında müxtəlif sahələr üzrə mövcud əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.
Sonda komissiyanın altıncı iclasının yekunlarına dair Protokol imzalanıb.
Səfər çərçivəsində nazir Yavər Camalovun Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain ilə görüşü və hərbi sənaye müəssisələri ilə yaxından tanışlığı da nəzərdə tutulur.
1news.az