“The Daily Caller”: “Ermənistan və onun qonşularının diqqətli təhlili” | 1news.az | Xəbərlər
Siyasət

“The Daily Caller”: “Ermənistan və onun qonşularının diqqətli təhlili”

12:40 - 29 / 04 / 2016
“The Daily Caller”: “Ermənistan və onun qonşularının diqqətli təhlili”

Amerikada çıxan “The Daily Caller” qəzetində siyasi icmalçı Ceyson Katsın “Ermənistan və onun qonşularının diqqətli təhlili” sərlövhəli məqaləsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, materialda Ermənistanın uğursuz “müstəqilliyi”ndən və onun Azərbaycana qarşı təcavüzündən bəhs edilir.

Ekspert yazır ki, Ermənistan siyasi, iqtisadi və diplomatik baxımdan başqa dövlətlərdən tamamilə asılı vəziyyətdədir. Kats yazır ki, bu asılılıq “fayda” ilə deyil, onunla bağlıdır ki, Ermənistan rəhbərliyi müstəqil dövləti necə qurmaq lazım olduğunu əsla anlamır. Ermənistanın dövlət sərhədlərini qoruyan qoşunlar onun öz qoşunları deyil.

Ermənistan keçmiş SSRİ məkanında yeganə respublikadır ki, onun ərazisində başqa dövlətin hərbi bazaları yerləşir. Təsəvvür etmək çətin olsa da, Ermənistanı “müstəqilliyə” və öz qonşuları ilə münasibətlərini bərpa etməyə doğru aparan məhz keçmiş militaristlərdir. Ermənistanın indiki prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tom de Vaala müsahibəsində açıq etiraf edib ki, Xocalıda dinc sakinlərin kütləvi şəkildə qırılmasını təşkil edən o olub, ölkənin əvvəlki rəhbərliyinin ölkə parlamentinin binasında atəşə tutulması faktı isə Ermənistanın indiki rəhbərlərinin hansı siyasi dəyərlərə üstünlük verməsini açıq-aydın göstərir.

Müəllif qeyd edir ki, ermənilər tərəfindən din amilindən riyakarcasına istifadə edilməsi, bu amilin ermənilərlə azərbaycanlılar arasında münaqişənin səbəbi kimi qələmə verilməsi irqçilik əlamətidir. Məqalədə daha sonra erməni terrorizmi, o cümlədən azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş erməni silahlıları və “Arabo” bandası barədə söhbət açılır.

Kats məqalənin sonunda yazır ki, Ermənistan Türkiyə üçün, NATO üçün və bütün region üçün təhlükə mənbəyidir, çünki həqiqətən müstəqil dövlət o ölkədir ki, öz qonşuları ilə sülhü bərqərar etməyə çalışsın.

1news.az

Paylaş:
903

Son xəbərlər

Bütün xəbərlər