Xaçmazda xəstəxanada partlayış olub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda xəstəxanada partlayış olub, xəsarət alan var

09:00 - 30 / 04 / 2016
Xaçmazda xəstəxanada partlayış olub, xəsarət alan var

Xaçmaz rayonu, Xudat şəhərində xəstəxananın ərazisində təmirə dayanmış ümumi sahəsi 35 kv.m olan birmərtəbəli stomatoloji şöbədə qaz sızması nəticəsində partlayış baş verib.  

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 1 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1news.az

Paylaş:
508

Son xəbərlər

Bütün xəbərlər