Polis məntəqəsində partlayış olub, bir nəfər xəsarət alıb
Mayın 1-də saat 07:30 radələrində Zaqatala Rayon Polis Şöbəsi İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılmış, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.
1news.az
526