Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub

11:21 - 02 / 05 / 2016
Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub

Azərbaycan Respublikasının Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov  aprelin 29-da Argentinanın xarici işlər və etiqad naziri Susana Malkorra ilə görüşüb. 

1news.az-ın səfriliyə istinadla verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.

İki ölkə arasında ikitərəfli münasibətlərin zəngin gündəliyə malik olduğu qeyd olunaraq, ölkələrimizin bu münasibətləri daha da inkişaf etdirmək potensialında olduğu söylənilib. Görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin mühümlüyü vurğulanıb, əlaqələrin inkişaf etdirilməsində, o cümlədən iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsində hər iki maraqlı olduğu qeyd olunub.

Ermənistan-Azərbaycan münaqişəsi, habelə ölkəmizin yerləşdiyi regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

1news.az

Paylaş:
506

Son xəbərlər

Bütün xəbərlər