Zahid Oruc: “Qarabağda erməni qadınları öz oğullarını bətndə olan zaman öldürürlər...” | 1news.az | Xəbərlər
Siyasət

Zahid Oruc: “Qarabağda erməni qadınları öz oğullarını bətndə olan zaman öldürürlər...”

15:27 - 03 / 05 / 2016
Zahid Oruc: “Qarabağda erməni qadınları öz oğullarını bətndə olan zaman öldürürlər...”

Cəbhəyanı bölgələrə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev əsgər və zabitlərlə çiyin-çiyinə dayanaraq Silahlı Qüvvələrə diqqət ayırdığını nümayiş etdirdi. 

Bu haqda 1news.az-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc dövlət başçısının təmas xəttinə yaxın ərazilərə səfərini şərh edərkən bildirib.

Mayın 1-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva təmas xəttinin Ermənistan silahlı qüvvələri ilə yaxın olan Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

“Dövlət başçısı döyüşlərdə mərdlik göstərmiş hərbçilərin xidmətini yüksək qiymətləndirərək, onlara mükafatlar təqdim edib, eləcə də yerli sakinlərlə görüşüb”, - o, bildirib.

Z.Orucun sözlərinə görə, aprel ayı ərzində ermənilərin təxribatı nəticəsində dördgünlük döyüşlərdən sonra regionda vəziyyət başqa xarakter almışdı:

“Prezidentin təhlükəli zonada olması Ali Baş Komandanın şəxsən respublikada təhlükəsizliyin təmin edilməsi məsələsinə birbaşa nəzarət etməsini sübut etdi”.

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycan Prezidenti İlham Əliyev Tərtər, Bərdə və Ağdam rayonlarında olub - FOTO

Aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.

“Ali Baş Komandanın cəbhəyanı bölgələrə səfəri bir sıra (erməni siyasətçiləri) kəslər üçün gələcək hərbi fəaliyyətlərin başlanğıcı kimi qiymətləndirilə bilər”. 

Z.Oruc qeyd edib ki, dövlət başçısı Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələlərdə bir tərəfdən beynəlxalq tədbirlərin tribunalarından çıxış edərək diplomatik mübarizə aparır, digər tərəfdən də real olaraq hərbi təlimatlar verərək, vəziyyətə nəzarət edir və taktiki qərarla qəbul edir.

Deputat həmçinin Ermənistan Prezidenti Serj Sarkisyanın işğal olunmuş torpaqlara səfərini və Azərbaycanın ünvanına ismarışını xatırlatdı.

“Lakin burada bir kiçik məqamə diqqət etmək lazımdır: Sarkisyan sərkərdə obrazında çıxış edə bilmədi. Erməni xalqı onu ali baş komandan kimi qəbul etmir”, - deyən deputat qeyd etdi ki, Ermənistana hakimiyyətə gələn Sarkisyan və onun komandası son illər xalqının köləliyi sayəsində öz var-dövlətini artırıb.

Erməni silahlı qüvvələrinin Azərbaycanın təmas xəttinə yaxın ərazilərdə yaşayan sakinləri atəşə tutmasından bəhs edən deputat bildirdi ki, buunla da ermənilər dinc sakinlər arasında təlaş yaymağa çalışır.

“Onlar elə bilirdi ki, dinc sakinlər öz torpaqlarından qaçacaq, bununla da Silahlı Qüvvələrimizin arxa-dayağı zəifləycək. Lakin hər şey tam əksinə oldu. Bütün cəbhəyanı ərazilərdə yaşayan sakinlər öz evlərində qaldı”, - deyərək o, xalqın əhval-ruhiyyəsinin  yüksək olduğunu qeyd etdi.

Deputat həmçinin Azərbaycan Silahlı Qüvvələrinin necə asanlıqla təmas xəttindəki ərazilərə daxil olmasından da danışdı:

“Erməni xalqı harada idi, nə üçün biz Ohanyanın xətində onları görmədik və nə üçün onlar mövqelərini tez tərk edərək qaçdılar?”

O, həmiçinin ermənilərin acınacaqlı vəziyyətdə olmasından və işğal altındakı ərazilərdə yoxsul vəziyyətdə yaşamasından da danışdı:

“Talış kəndindən çəkilən videogörüntü zamanı qaçan ermənilərin 50-ci illərə məxsus yük maşınları istifadə etdiklərinin şahidi oluruq. Əgər onlar qalib gəlibsə, o zaman nə üçün yoxsuldular?”

Z.Oruc həmçinin qeyd etdi ki, işğal olunmuş ərazilərdə doğulmuş körpələrin statistikasına nəzər yetirdikdə, görürürk ki, yeni doğulmuşların 70%-i qızdır:

“Sual olunur, nə üçün erməni qadınları bətnlərində oğullarını öldürərək həqiqətən də erməni soyqırımı həyata keçirirlər?”

Qeyd edək ki, erməni silahlı qüvvələri (SQ) Azərbaycanın yaşayış məntəqələrini yenidən atəşə tutub.

Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin bərpa olunmasına baxmayaraq, erməni SQ aprelin 26-27 tarixlərində iriçaplı silahlardan, “Qrad”dan istifadə edərək Azərbaycan Ordusunun yaşayış məntələlərini atəşə məruz qoyub.

Azərbaycanın 20% torpaqları – Dağlıq Qarabağ və ona bitişik yeddi rayon hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır. 

1news.az

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər