Azərbaycanda mayın 2-də 82 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda mayın 2-də 82 cinayət faktı qeydə alınıb

17:49 - 03 / 05 / 2016
Azərbaycanda mayın 2-də 82 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 27-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 48 nəfər tutulub.

1news.az

Paylaş:
862

Son xəbərlər

Bütün xəbərlər