Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını kütləvi şəkildə tərk edir | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını kütləvi şəkildə tərk edir

11:40 - 03 / 05 / 2016
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını kütləvi şəkildə tərk edir

Aprelin əvvəlində Talış kəndinin ermənilərin işğalına məruz qalan ərazilərdə baş tutan hərbi əməliyyatlardan sonra 90 ailə - 370 insan Ermənistana köçürülüb.

KİV-in verdiyi məlumata görə indi onların çoxu qohumlarının evində qalır. İrəvanda 12 ailə, qalanları isə başqa marzlarda yürləşib. Onlar harda oldu yaşamağa hazırdırlar.

Onlar Ermənistan baş nazirinə və ərazi idarəetmə nazirliyinə  müraciət ediblər. Lakin ermənistandakı yataqxanalarda yer yoxdu. Xüsusən yer qıtlığı suriya qaçqınları gələndən sonra daha çox hiss olunur.

Xatırladaq ki, aprelin 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv artilleriya atəşi altında qoyub.     

Azərbaycan ordusunun cavab atəşi nəticəsində erməni silahlı qüvvələrinin birinci müdafiə xətti qırılıb, bir neçə strateji yüksəkli və yaşayış məntəqəsi üzərində nəzarət ələ keçirilrib.

5 apreldən başlayaraq Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, saat 12:00-dan etibarən tərəflər arasında əldə olunan razılığa əsasən hərbi əməliyyatlar dayandırılacaq.

Lakin son günlər Ermənistan SQ yenidən Azərbaycanın dinc əhalisinin yaşadığı əraziləri atəşə tutub.

Ermənistan və Azərbaycan arasında atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq  etmənilər yenidən dinc əhali yaşayan əraziləri atəşə tutur, 26-27 aprel tarixində təmas xəttində yerləşən AZərbaycan SQ-ni, həmçinin yaşayış məntəqələrini  iri çaplı silah, “Qrad” qurğusu, həmçinin tank və mərmi atəşinə tutublar.

Mövzu ilə əlaqədar oxuyun:

Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaşayış məntəqələrinə və mülki əhaliyə ciddi ziyan dəyib – FOTO

Azərbaycanın 20 faiz ərazisi- Dağlıq Qarabağ və na bitişik olan 7 rayon hələ də Ermənistan Silahlı Qüvvələrinin  işğalı altındadır.

1news.az

Paylaş:
1096

Son xəbərlər

Faktiki hava açıqlanıb

03 / 01 / 2025, 10:33
Bütün xəbərlər