MSK: İlqar Məmmədov Ağdaş rayonu üzrə təkrar deputat seçkilərində iştirak edə bilməyəcək
Mərkəzi Seçki Komissiyası “Respublika alternativi” ( REAL) hərəkatının lideri, həbsxanada olan İlqar Məmmədovun 90 saylı Ağdaş seçki məntəqəsində keçiriləcək MM deputatlığına təkrar seçkilərdə iştirakı imkanını təkzib edib.
Xatırladaq ki, bu məntəqədə 1 noyabr 2015-ci ildə keçirilən seçkilərin lideri Çingiz Əsədullayev olsa da, nəticələri ləğv olunub.
Qeyd edək ki, REAL –ın icraçı katibi Natiq Cəfərlinin bir müddət əvvəl yerli KİV-in verdiyi məlumata görə, MSK həsxanada olan İlqar Məmmədovun deputat seçkilərində qeydiyyatı üçün adına imza vərəqləri verib .
Onun sözlərinə görə,İ. Məmmədovun MM deputatlığına öz namizədliyini irəli sürməsi ilə bağlı sənəd 90 saylı Ağdaş seçki dairəsinə təqdim olunub.
“Qafqaz qovşağı”na müsahibəsində o həmçinin bildiurib ki, “İ.Məmmədovun həbsxanada olması seçkilərdə iştirak etməsinə əngəl törətmir”.
“İlqar Məmmədovla əlaqədar məhkəmə qərarı var. Lakin əfvlə bağlı bütün milli mexanizmlər həll olunmayana qədər o, qüvvəyə minmir”.
MSK-dan 1news.az jurnalistinə bildirilib ki, aprelin 25-də dairə seçki məntəqəsinə İlqar Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər təqdim olunub.
“Dairə seçki komissiyası 28 may tarixli qərarı ilə onun namizədliyinin irəli çəkilməsini təsdiq edib. Lakin daha sonra komissiyaya Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı informasiya daxil olub. 29 aprel tarixində Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovun həbsdə qalması haqqında qərar qəbul edib.
Beləliklə məhkəminin qərarı qüvvəyə mindiyi zaman İ. Məmmədov passiv seçiki hüququnu (vətəndaşların hakimiyyət orqanlarına seçilməsi hüququ) itirir”,- deyə MSK-nın mətbuat xidmətindən bildirildi.
Qeyd edək ki, 17 mart 2013-cü il tarixində Ağır Çinayətlərə dair Şəki rayon Məhkəməsi İsmayıllıda iğtişaşların təşkilinə görə 18 nəfəri müxtəlif müddətlərə həbs edib.
REAL hərəkatının lideri İlqar Məmmədov 7 il azadlıqdan məhrumetmə çəzası alıb.
Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində REAL hərəkatının lideri İlqar Məmmədov və “Müsavat” partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayəti ilə bağlı məhkəmə keçirilib. Məhkəmə İlqar Məmmədov və Tofiq yaqublunun azad olunması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib. Birinci instansiyanın qərarı qüvvədə qalıb.
Xatırladaq ki, 12 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar deputat seçkilərinin keçilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən təkrar seçkilər 18 iyun 2016-cı il tarixində keçiriləcək.
Azərbaycanda parlament seçkiləri 1 noyabr 2015-ci ildə keçirilmişdi.
Azərbaycan MSK-nın 17 noyabr tarixli toplantısında 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədlərin müraciətinə baxılaraq həmin dairədəki seçki nəticələri ləğv olunmuşdu.
1news.az