Prezident BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxsləri təltif edib
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Eyvazzadə Vasif Rasif oğlu
“Tərəqqi” medalı ilə
Məlikov Cəlil Bəhram oğlu
Məmmədova Nuriyyə Lətif qızı
Şixəmmədov Vüqar Nurməmməd oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
İbrahimova Xanım Məmməd qızı.
1news.az