Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə 5,2 milyon manat ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə 5,2 milyon manat ayrıldı

20:40 - 04 / 05 / 2016
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə 5,2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

1news.az

 

Paylaş:
812

Son xəbərlər

Bütün xəbərlər