Möhsün Pakayin: “İran Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazırdır” | 1news.az | Xəbərlər
Siyasət

Möhsün Pakayin: “İran Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazırdır”

12:51 - 04 / 05 / 2016
Möhsün Pakayin: “İran Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazırdır”

“İran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına tərəfdardır”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri yerli mətbuata açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

Diplomat bildirib ki, əgər tərəflər müraciət etsələr, İran münaqişənin həllinə kömək göstərməyə hazırdır. Rəsmi Tehran bölgədə sülhün və qarşılıqlı əməkdaşlığın hökm sürməsində maraqlıdır:

“İran Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır və ona hörmətlə yanaşır”.

1news.az

Paylaş:
733

Son xəbərlər

Bütün xəbərlər