Sorğuya əsasən Azərbaycan əhalisinin 96.8 faizi prezident İlham Əliyevə etibar edir | 1news.az | Xəbərlər
Siyasət

Sorğuya əsasən Azərbaycan əhalisinin 96.8 faizi prezident İlham Əliyevə etibar edir

18:03 - 05 / 05 / 2016
Sorğuya əsasən Azərbaycan əhalisinin 96.8 faizi prezident İlham Əliyevə etibar edir

“AJF & Assoşieyts” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.

1news.az APA-ya istinadən xəbər verir ki, sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb.

Sorğuda soruşulan sual və cavabları təqdim edirik:

- “Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” və “Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?”

- “Azərbaycanın prezidentinə etibar edirsinizmi?”

 - “Prezident İlham Əliyevin işini necə qiymətləndirirsiniz?”

- “Ölkə rəhbərliyi ölkəni Ermənistan təcavüzkarlarından qoruyur”

-  “Azərbaycan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində Ermənistan tərəfinin təxribatlarına verdiyi hərbi cavabın səmərəliliyini necə qiymətləndirirsiniz?”

- “Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox yaxud daha az vətənpərvər etdi?

- “Ölkəni Ermənistanın işğalından qorumaq məqsədilə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edilməsini dəstəkləyirsinizmi?”

- “Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab edirsinizmi?”

- “Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?

- “Azərbaycanda sosial sabitlik səviyyəsini necə qiymətləndirirsiniz?”

 - “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?”

1news.az

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər