Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə sürücülük vəsiqələrini tanıdı

Milli Məclisin mayın 6-da keçirilən plenar iclası zamanı “Azərbaycan və Türkiyə hökumətləri arasında sürücülük vəsiqələrinin qarşlıqlı tanınması və əvəzlənməsi haqqında razılıq” haqqında qanun layihəsi təsdiq olunub.
1news.az xəbər verir ki, bu məsələ ilə bağlı Parlamentdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxış edib.
Onun sözlərinə görə bu məsələ Türkiyəyə və Azərbaycanda işləyən və mütəmadi olaraq gələn və gedən hər iki ölkə vətəndaşlarının sayı nəzərə alınmaqla həll olunmalıdır.
Deputatlar 15 mart 2016-cı il tarixində Ankarada imzalanan “ Türkiyə və Azərbaycan hökuməti arasında sürücülük vəsiqələrinin tanınması ilə bağlı razılığı” təsdiq edib.
Beləliklə, Azərbaycan və Türkiyə sürücülük haqları qarşılıqlı şəkildə tanınmış olacaq.
1news.az