Berlin ATƏT-in sədri kimi Dağlıq Qarabağdakı son gərginliklə bağlı narahatdır | 1news.az | Xəbərlər
Siyasət

Berlin ATƏT-in sədri kimi Dağlıq Qarabağdakı son gərginliklə bağlı narahatdır

17:18 - 06 / 05 / 2016
Berlin ATƏT-in sədri kimi Dağlıq Qarabağdakı son gərginliklə bağlı narahatdır

“Berlin Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır”.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu haqda cümə günü Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Martin Şefer bəyan edib:

“Qoşunların təmas xəttində baş verən son hərbi gərginliyi biz, böyük narahatlıqla qəbul edirik. ATƏT-in sədri kimi biz, hər iki tərəfi yeni gərginliklərin aradan qaldırılması üçün addım atmalarını xahiş edirik”.

O, sözlərinə əlavə edib ki, Berlin ATƏT-in Minsk qrupunun işini və onun həmsədrlərinin münaqişənin nizamlanması ilə bağlı səylərini dəstəkləyir.

Xatırladaq ki, aprelin 2-dən 5-nə kimi Azərbaycan-Ermənistan qoşunların təmas xəttində atəşkəs müqaviləsi imzalandıqdan indiyədək son 22 ilin ən irimiqyaslı döyüşləri baş verdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni silahlı qüvvələrinin ilk müdafiə xətti aşıldı və bir sıra strateji yüksəkliklər, həmçinin yaşayış məntəqələri üzərində nəzarət ələ keçdi.

Aprelin 5-də saat 12:00-dan etibarən təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.

Aprelin 27-dən 28-nə keçən gecə Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Düşmən Tərtər rayonunun Qapanlı, Qəzyan kəndlərini və Tərtər şəhərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur. Ermənilərin atəş açması nəticəsində aldığı xəsarətlərdən bir Azərbaycan vətəndaşı həlak olub.

Azərbaycan XİN-i Dağlıq Qarabağda son hərbi əməliyyatların bilavasitə Ermənistan tərəfindən başladıldığını sübut edən dəlillər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən müfəssəl şəkildə təqdim edib.

Ermənistanla Azərbaycan arasında 20 ildən artıqdır ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə sülh danışıqları aparılır. Ermənistan Dağlıq Qarabağda status-kvonun və Azərbaycanın 20% torpaqlarının işğal altında saxlamaqda davam edir.

Mövzu ilə əlaqədar oxuyun:

Müdafiə Nazirliyi: Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 20 yaşayış evinə ziyan dəyib

Ermənistanın yeni hərbi strategiyası olan “Deterrence system”- qorxutma yolu ilə qarşısını alma haqqında

XİN sübutlar təqdim edib: 2 apreldə hücum edən tərəf Ermənistandır

Erməni silahlı birləşmələrinin törətdikləri təxribatla əlaqədar cinayət işi başlanılıb

Ermənistanın işğalçı ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasını təsdiq edib

MN: Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb - FOTO

Vaqif Dərgahlı: Düşmən təmas xəttinə yaxın yaşayış məntəqələrini D-30 tipli haubitsalardan atəşə tutur

1news.az

Paylaş:
810

Son xəbərlər

Bütün xəbərlər