MN: Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

MN: Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb - FOTO

11:23 - 27 / 04 / 2016
MN: Erməni silahlı bölmələri beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb - FOTO

Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.

“Cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”, - Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Mövzu ilə əlaqədar oxuyun:

Müdafiə Nazirliyi: Ermənistan SQ Tərtərdə yerləşən yaşayış məntəqələri və mövqelərimizi atəşə tutub

Ermənilərin Tərtəri mərmilərdən atəşə tutması nəticəsində daha 6 evə ziyan dəyib

Düşmən mövqelərinə 121 dəfə atəş zərbəsi endirilib

1news.az

Paylaş:
1548

Son xəbərlər

Bütün xəbərlər