Arif Məmmədov Mülki Aviasiya Administrasiyasının direktoru təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev A.Ə.Məmmədovun Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru təyin edilsin.
1news.az
1123