537 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib
Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
1news.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbirlər paytaxtın Binəqədi, Xəzər, Xətai, Qaradağ, həmçinin respublikanın Abşeron, Sumqayıt, Xızı, Şamaxı, İsmayıllı, Qəbələ, Qusar, Samux, Qax və Qazax şəhər və rayonlarında baş tutub.
Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1571 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 537 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.
Qeyd edək ki, analoji tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
1news.az