Həmyerlimiz Rusiyanın “Şərəf” nişanına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həmyerlimiz Rusiyanın “Şərəf” nişanına layiq görülüb

12:51 - 06 / 05 / 2016
Həmyerlimiz Rusiyanın “Şərəf” nişanına layiq görülüb

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə həmterlimiz Toğrul Bağırov dünyada sülh naminə apardığı ictimai və beynəlxalq fəaliyyətinə görə “Şərəf” nişanına layiq görülüb.

1news.az-ın məlumatına görə, təltif təşəbbüsü Rusiyanın İctimai Palatası tərəfindən irəli sürülüb və Energetika Nazirliyi, Dövlət Duması və Rusiya Federasiya Şurası tərəfindən dəstəklənib. 

Qeyd edək ki, məşhur həmyerlimiz T.Bağırov tanınmış mesenat və xeyriyyəçi, Milli (Rusiya) Nobel İrsi Fondunun və eyni zamanda Bakı Nobel İrsi Fondunun  sədri, İsveç (Royal Polar Star ordeni) və Fransa (Fəxri Legion) Ali Ordenlərin sahibidir.

Toğrul müəllimi Rusiyanın ali nişanına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir və ona uğurlar arzulayırıq!

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər