Kamal Abdulla Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamal Abdulla Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

16:30 - 08 / 05 / 2016
Kamal Abdulla Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

Azərbaycanın tanınmış yazıçı-publisisti, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki seçilib.

Azərbaycan Yaradıcılıq Fondundan AZƏRTAC-a verilən məlumata görə, akademiyanın rəyasət heyəti Kamal Abdullanın türk dünyası qarşısında müstəsna xidmətlərini, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi-praktik fəaliyyətini nəzərə alaraq onun bu məşhur elm ocağının akademiki seçilməsi haqqında qərar qəbul edib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış elmi qurumdur. Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, İran, Rusiya, Çin və bir sıra digər ölkələrdə rəsmi təmsilçilikləri var.

Bir çox xarici dillərə tərcümə edilmiş "Yarımçıq əlyazma", "Tarixsiz gündəlik", "Sehrbazlar dərəsi", "Labirint" və digər əsərlərin müəllifi olan Kamal Abdullanın yaradıcılığı qardaş Türkiyədə də maraqla izlənilir. Onun "Kitabi Dədə Qorqud" eposu ilə bağlı araşdırmaları türk tarixçiləri və etnoqraflarının ən çox müraciət etdikləri əsərlər sırasındadır.

AZƏRTAC

Paylaş:
923

Son xəbərlər

Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03Yuxarı Şirvan kanalından meyit tapıldıBu gün, 14:39FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20Təbii qazın qiyməti artdıBu gün, 11:14Qızıl və gümüşün qiyməti ucuzlaşıbBu gün, 11:04Sabirabadda soyğunçuluq edən şəxs saxlanıldıBu gün, 10:49
Bütün xəbərlər

Next TV