Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq
Bu gün Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq.
1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.
Məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibəti ilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları təşkil olunacaq.
Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:
- Dənizkənarı Milli Park;
- Azadlıq meydanı ilə üzbəüz fəvvarələrin qarşısı;
- Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev adına park;
- Zərifə Əliyeva adına park;
- Zabitlər parkı;
- Fəvvarələr meydanı.
Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılıb.
1news.az