Azərbaycanın ABŞ-dakı səfirliyində üç minədək amerikalıya ölkəmizlə bağlı ətraflı məlumat verilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın ABŞ-dakı səfirliyində üç minədək amerikalıya ölkəmizlə bağlı ətraflı məlumat verilib - FOTO

09:00 - 09 / 05 / 2016
Azərbaycanın ABŞ-dakı səfirliyində üç minədək amerikalıya ölkəmizlə bağlı ətraflı məlumat verilib - FOTO

Vaşinqtonda ənənəvi “Dünya boyu səfirliklərə səyahət” adlı ictimai-mədəni aksiya keçirilib.

Şəhər meriyası tərəfindən təşkil olunan bu təşəbbüsdə Azərbaycanın ABŞ-dakı səfirliyi ardıcıl olaraq dördüncü ildir fəal iştirak edir. Səfirlik həmin gün qapılarını Azərbaycan mədəniyyətinə maraq göstərən üç minədək amerikalının üzünə açıb.

Səfirliyin inzibati binasında qonaqlara ölkəmizin milli mədəni irsi, füsunkar təbiəti və müxtəlif sahələrdə qazandığı uğurları əks etdirən əyani vəsaitlər, xüsusilə Azərbaycan xalçaları, milli geyimlər, rəsm əsərləri, xəritələr, kitab və müxtəlif nəşrlər nümayiş olunub. Eyni zamanda, səfirliyin əməkdaşları gün ərzində ziyarətçilərə ölkəmizin coğrafi mövqeyi, zəngin tarixi, xalqımızın qədim adət-ənənələri və qonaqpərvərliyi haqqında məlumat verib və onların suallarını cavablandırıb.

Bundan əlavə, Vaşinqtonda fəaliyyət göstərən “İpək Yolu” rəqs kompaniyasının ifasında - “Nəlbəki”, “Üzüm” və digər milli rəqslərimizin təqdim olunması da böyük maraq və alqışlarla qarşılanıb. Səfirliyi ziyarət edən uşaqlar üçün isə rəsm guşəsi təşkil edilib, qonaqların fotoşəkil çəkdirmələri üçün Qız qalasının maketi qurulub. Azərbaycan plovunun dadı isə amerikalı qonaqlarda xüsusi məmnunluq doğurub.

1news.az

Paylaş:
386

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər