Prezident Administrasiyasının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan zirvəyə yürüş ediblər - FOTO
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşlarından ibarət heyət hündürlüyü 3751 metr olan Heydər Əliyev zirvəsinə yürüş ediblər.
1news.az-ın verdiyi xəbərə görə, çətinliyi ilə seçilən bu dağ marşrutu Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən keçir.
Qarlı və çovğunlu, sərt hava şəraitinə baxmayaraq yürüş iştirakçıları əzmkarlıq nümayiş etdirərək uğurla zirvəyə çatıblar.
Komanda üzvləri Heydər Əliyev zirvəsində Ümummlilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və Azərbaycan Respublikasının Dövlət bayrağını dalğalandırıblar.
1news.az
685