İnterfaks: Vladimir Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

İnterfaks: Vladimir Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

16:50 - 10 / 05 / 2016
İnterfaks: Vladimir Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

Rusiya prezidenti Vladimir Pultinin may ayının sonuna qədər Azərbayacana gələcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu haqda “İntefaks-Azərbaycan” agentliyi məlumat yayıb.

“Səfərin məqsədi, çox güman ki, Azərbaycan rəhbərliyi ilə Ermənistan Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının müzakirəsi və həmçinin, qoşunlarının təmas xəttində son zamanlar yaranan vəziyyətin müzakirəsidir”,- deyə mənbədən bildirilrib.

Putinin İrəvana da səfər edəcəyi istisna olunmur.

Xatırladaq ki, aprelin 2-də erməni silahlıları Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutub.

Cavab atəşi ilə düşmən susdurulub. Döyüşlər zamanı Erməni SQ-nin birinci müdafiə xətti dağıdılıb. Və bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində nəzarət ələ keçirilib.

Ermənistan və Azərbaycan arasında atəşkəslə bağlı razılığın oldə olunmasına baxmayaraq 26-27 apreldən başlayaraq ermənilər yüksək kalibrli silahdan, top və tanklardan Azərbaycan SQ-nin mövqelərini, həm də təmaz xəttinə yaxın ərazidə yerləşən yaşayış məntəqədlərini atəşə tutub.

Azərbaycanın 20 faiz ərazisi- Dağlıq Qarabağ və ona yaxın olan 7 rayon hələ də erməni silahlılarının işğalı altındadır.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər