Ceyms Uorlik: “Hec bir ölkə Dağlıq Qarabağı tanımır”
Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrpunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıya bilməsi məsələsinə münasibət bildirərkən deyib.
C.Uorlik deyib: "Hec bir ölkə Dağlıq Qarabağı tanımır. Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri danışıqlar masası arxasına oturmağa çağırmağa davam edirik".
1news.az
528