Ümummilli lider Heydər Əliyevin xatirəsi Ottavada yad edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Ottava şəhərində Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən anım mərasimi təşkil edilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə səfirlikdən bildiriblər ki, mərasimdə Ottavada yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasındakı rolundan, ölkəmizin nüfuzunun dünyada möhkəmlənməsi sahəsində müstəsna xidmətlərindən, xarici siyasətçilər arasında böyük hörmətindən söhbət açıblar. Azərbaycanın bugünkü uğurlarından danışan müvəqqəti işlər vəkili vurğulayıb ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu daxili və xarici siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması sahəsinə xüsusi diqqət və qayğısı barədə fikir mübadiləsi aparılıb. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
1news.az