Latviyadakı soydaşlarımız ölkəmizə 4 təcili yardım maşını hədiyyə ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Latviyadakı soydaşlarımız ölkəmizə 4 təcili yardım maşını hədiyyə ediblər - FOTO

23:16 - 10 / 05 / 2016
Latviyadakı soydaşlarımız ölkəmizə 4 təcili yardım maşını hədiyyə ediblər - FOTO

“Sanitar avtonəqliyyatın Riqa avtobazası” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri, Latviyada Azərbaycan diasporunun ağsaqqalı Adıgözəl Məmmədov və səhmdar cəmiyyətin texniki direktoru Eldəniz Məmmədov Azərbaycan səfirliyinin təşkilati dəstəyi ilə ölkəmizə 4 təcili yardım maşını hədiyyə ediblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu münasibətlə keçirilən rəsmi mərasimdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov, səfirliyin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Eldəniz Məmmədov bildirib ki, o, bu hədiyyəni xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasında böyük rol oynamış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edib. Təcili yardım maşınları Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində zərər çəkmiş mülki əhaliyə yardım məqsədilə verilir.

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov təmənnasız humanitar yardıma və vətənpərvərliyə görə diasporun ağsaqqalı Adıgözəl Məmmədova və Eldəniz Məmmədova Azərbaycan Respublikası hökumətinin adından təşəkkür edərək bildirib ki, bu addım diaspor təşkilatlarının çoxu üçün örnək olmalıdır.

Təcili yardım maşınlarının üçü Azərbaycan Müdafiə Nazirliyinin, biri Fövqəladə Hallar Nazirliyinin sərəncamına veriləcək.

1news.az

Paylaş:
775

Son xəbərlər

Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48
Bütün xəbərlər