Ümummilli lider Heydər Əliyev BANM-da anılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümummilli lider Heydər Əliyev BANM-da anılıb - FOTO

12:36 - 10 / 05 / 2016
Ümummilli lider Heydər Əliyev BANM-da anılıb - FOTO

Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Bakı Ali Neft Məktəbində (BANM) anılıb.

1news.az-a BANM-nın mətbuat xidmətindən verilən xəbərə görə, Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək, ulu öndərə dərin hörmət və ehtiramlarını nümayiş etdirdilər.

Bununla yanaşı, mayın 10-da BANM-in bütün tədris auditoriyalarında ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz xidmətləri haqqında danışılıb, Azərbaycanın qurtuluşunda göstərdiyi müdrik siyasəti və uzaqgörənliyi ilə xalqın ulu öndərinə çevrilərək, ürəklərdə özünə əbədi bir yer tutduğu qeyd olunub. 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Dövlət Bayraq Muzeyində seminar təşkil olunub. BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev tərəfindən BANM tələbələri üçün “Heydər Əliyevin siyasi portreti” adlı seminar keçirilib. Seminarda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən, onun həyata keçirdiyi dövlət siyasətindən söz açılıb və bu sahədə xidmətləri vurğulanıb.

Seminar sual-cavab və müzakirələrlə yekunlaşıb.

1news.az

Paylaş:
500

Son xəbərlər

“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38
Bütün xəbərlər