Bakıda “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir

13:12 - 11 / 05 / 2016
Bakıda “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir

Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə” mövzusunda seminar keçirilir.

1news.az-ın məlumatına görə, “İmperial Tobacco” şirkətinin təşkilatçılığı ilə keçirilən seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif idarələrinin əməkdaşları iştirak edir.

“İmperial Tobacco” şirkətinin qanunsuz ticarətlə mübarizə üzrə meneceri Nataliya Leşik DGK-nin rəhbərliyinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Hazırda dünyada tütün məmulatlarının qanunsuz dövriyyəsi və bu zaman ölkələrin iqtisadiyyatına dəyən ziyan barədə rəqəmlər əsasında məlumat verən Nataliya Leşik seminar iştirakçılarının tütün məmulatlarının ekspertizası, qanunsuz daşınması, istehsalı, satişi və kontrafakt mallar barədə məlumatlandırılacağını bildirib.

Seminarda çıxış edən DGK-nin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general- mayoru Güloğlan Muradlı tütün məmulatlarının qanunsuz ticarəti və qaçaqmalçılığının hazırda dünyada vacib problemlərdən birinə çevrildiyini və gömrük orqanlarının əsas vəzifələrindən birinin də bu sahədə intensiv mübarizə tədbirlərini gücləndirmək olduğunu diqqətə çatdırıb.

Tütün məmulatlarının qanunsuz dövriyyəsinin iqtisadiyyata və insan sağlamlığına ciddi təhlükə törətdiyini bildirən Komitə rəsmisi Azərbaycan gömrük orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Tütün məmulatlarının qanunsuz dövriyyəsinin səbəbləri, yaratdiği problemlər barədə məlumat verən “İmperial Tobacco” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elnur Bağırov isə DGK tərəfindən bu sahədə kifayət qədər iş görüldüyünü və bu fəaliyyəti dəstəklədiklərini bildirib.

Qeyd edək ki, seminarın gedişində tütün məmulatlarının qanunsuz dövriyyəsinin qarşısının alınmasına dair təcrübə mübadiləsi aparılacaq, saxta malların aşkar edilməsinin spesifik cəhətləri barədə məlumat veriləcək, gömrükçülər “İmperial Tobacco” şirkəti tərəfindən təqdim olunan müxtəlif məhsul nümunələrinin xalisliyini praktikada yoxlamaq imkanı əldə edəcəklər.

1news.az

Paylaş:
445

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər