İTV Ermənistanın “Eurovision”dan kənarlaşdırılmasını tələb edir | 1news.az | Xəbərlər
Siyasət

İTV Ermənistanın “Eurovision”dan kənarlaşdırılmasını tələb edir

15:00 - 11 / 05 / 2016
İTV Ermənistanın “Eurovision”dan kənarlaşdırılmasını tələb edir

“Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib”.

1news.az-ın verdiyi xəbərə görə, bunu İctimai Televiziya və Radio  (İTV) Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumatda qeyd olunur ki, Ermənistan beynəlxalq hüquqa zidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır:

“İTV rəhbərliyi Avropa Yayım Birliyindən və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər”.

Mövzu ilə əlaqədar oxuyun:

XİN: Ermənilərin “Avroviziya-2016” mahnı yarışındakı təxribatçı davranışları yolverilməzdir

İsveç KİV-ləri: “Eurovision-2016” mahnı müsabiqəsinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının gətirilməsi qanunsuzdur

1news.az

 

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər