Robert Sekuta: “ABŞ kütləvi qırğın silahlarının istifadəsinin əleyhinədir”
“ABŞ kütləvi qırğın silahları və nüvə silahının istifadəsinin əleyhinədir”.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanın fosfor bombalarından istifadə etmə faktına və Yerevanın nüvə silahının yaradılması haqqında bəyanatına münasibət bildirərkən deyib.
Səfir bildirib ki, 31 mart - 1 aprel tarixində ABŞ-da keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində həm Prezident İlham Əliyev, həm də Serj Sarkisyan iştirak edib.
“Bu Sammitdə ABŞ Prezidenti Barak Obamanın diqqət ayırdığı əsas məqam nüvə silahının yayılmasının qarşısını almaq və ABŞ-ın nüvə silahının tətbiqinin əleyhinə olduğunu bir daha göstərmək olub. Bu, bizim rəsmi mövqeyimizdir”.
1news.az
642