Ceyms Uorlik: “Dağlıq Qarabağla bağlı danışıqlar ilkin şərtsiz başlamalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Ceyms Uorlik: “Dağlıq Qarabağla bağlı danışıqlar ilkin şərtsiz başlamalıdır”

17:55 - 11 / 05 / 2016
Ceyms Uorlik: “Dağlıq Qarabağla bağlı danışıqlar ilkin şərtsiz başlamalıdır”

“Danışıqlar prosesində uğur əldə edilməsi proses hər hansı ilkin şərt olmadan başlayacağı halda mümkündür”.

1news.az-ın Regnum.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceysm Uorlik Ermənistanın “Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, tez bir zamanda danışıqların başlanacağına ümid edir:

“Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həlllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq”.

C.Uorlik qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli  tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir. Diplomatın sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə ən yüksək səviyyədə daimi təmasları dəstəkləyir:

“Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur, lakin biz istənilən vaxt münaqişənin tənzimlənməsi ilə bağlı növbəti addımların konkretləşdirilməsi məqsədilə regiona səfər etməyə hazırıq. Hazırki mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”.

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər