ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir | 1news.az | Xəbərlər
Siyasət

ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

00:27 - 11 / 05 / 2016
ATƏT PA-nın xüsusi nümayəndəsi Bakıya gəlir

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu ayın sonu Azərbaycana səfərə gələcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.

B.Muradova deyib ki, səfər çərçivəsində bir sıra məsələlər üzrə müzakirələr aparılacaq:

"Qarşıda ATƏT PA-nın yay sessiyası gəlir. Səfər zamanı, həmçinin yay sessiyasında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılacaq".

1news.az

 

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər