Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib – FOTO

14:22 - 12 / 05 / 2016
Cəbhə bölgəsində yeni tikilən hərbi hissə istifadəyə verilib – FOTO

Ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin göstərişinə əsasən ön xətdə yerləşən birləşmənin taboru üçün yeni tikilərək müasir avadanlıqlarla tam təchiz edilən hərbi hissə istifadəyə verilib.

1news.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin rəhbərliyi açılışda iştirak edərək yeni inşa edilən qərargah, yeməkxana, qazanxana-camaşırxana-hamamxana kompleksi, nəzarət-buraxılış məntəqəsi, əsgər yataqxanası, o cümlədən inzibati, xidməti, ideoloji, istirahət və silah otaqları, əşya və ərzaq anbarları ilə tanış olublar. 

Hərbi hissənin ərazisində daimi avtomatik generator quraşdırılıb, su, qaz, işıq və digər kommunikasiya xətləri təchiz edilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin ali baş komandanının tapşırığına əsasən hərbi hissəyə yaxın kəndlərdə yaşayan və burada işlə təmin edilən mülki heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb. 

Sonra müdafiə naziri hərbi hissənin şəxsi heyətinə ali baş komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Müdafiə naziri cəbhəboyu zonada ön xətt boyu yerləşən yeni hərbi hissələrin tikintisi ilə bağlı müvafiq tapşırıqlarını verib.

1news.az

 

Paylaş:
498

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər