Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsinə 5 milyon manat ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsinə 5 milyon manat ayrıldı

18:42 - 12 / 05 / 2016
Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsinə 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin".

1news.az

 

Paylaş:
890

Son xəbərlər

Bütün xəbərlər