“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna edilən dəyişikliklər təsdiq edilib | 1news.az | Xəbərlər
Rəsmi

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna edilən dəyişikliklər təsdiq edilib

21:52 - 12 / 05 / 2016
“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna edilən dəyişikliklər təsdiq edilib

Prezident İlham Əliyev “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, qanunda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 386; 2002, № 8, maddə 465; 2011, № 6, maddə 481; 2015, № 11, maddə 1290) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci maddəyə “olan” sözündən sonra “əcnəbi və ya vətəndaşlığı olmayan” sözləri əlavə edilsin.

2. 1.2-ci maddəyə “törətmiş” sözündən sonra “Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi və ya vətəndaşlığı olmayan” sözləri əlavə edilsin”.

1news.az

 

Paylaş:
825

Son xəbərlər

Bütün xəbərlər