İlan zəhəri satmaq istəyən şəxslər saxlanılıb
Polis qanunsuz olaraq ilan zəhərini satmaq istəyən şəxsləri saxlayıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Fəqan Hüseynzadə, Elşad Heydərov və Masallı rayon sakini Raqif Həsənov 1,131 qram ilan zəhərini 1540 manata satarkən tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.
1news.az
579