İlham Əliyev Gədəbəy rayonunun avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Gədəbəy rayonunun avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb

18:32 - 13 / 05 / 2016
İlham Əliyev Gədəbəy rayonunun avtomobil yolunun tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər