BMT-də sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

BMT-də sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib

10:42 - 20 / 06 / 2016
BMT-də sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib

BMT Təhlükəsizlik Şurasında (TŞ) sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi iştirak edib.

1news.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, müzakirələrdə BMT-nin Baş katibi Pan Gi Mun və BMT üzv dövlətlərinin nümayəndələri mövzu üzrə çıxış ediblər.

Azərbaycan tərəfi müzakirələr əsnasında hərbi münaqişələr zamanı mülki şəxslərin qəsdən hədəf alınmasının ciddi narahatlıq doğuran məqam olduğunu vurğulayıb. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının mülki Azərbaycan əhalisinə qarşı qəsdən hücumların edilməsi, onların qətlə yetirilməsi, etnik təmizləmə məruz qoyulması, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi kimi hallarla müşayiət olunduğu qeyd olunaraq, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə bu qeyri-qanuni əməllərin öz əksini tapdığı vurğulanıb.

Azərbaycan nümayəndəsi soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun mülki şəxs olaraq işğal olunmuş Kəlbəcər rayonunda öz valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyünü, onlar üzərində qurama məhkəmə təşkil edildiyini diqqətə çatdıraraq, bu şəxslərin girovluqdan azad edilməsini təmin etmək üçün BMT TŞ-nın tribunası vasitəsilə bütün müvafiq beynəlxalq qurumlara bir daha müraciət edib.

Çıxış əsnasında bu ilin aprel ayının əvvəllərində ağır artilleriya və iriçaplı silahlardan istifadə edən Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx yaşayan mülkü Azərbaycan əhalisini şiddətli atəşə tutması və nəticədə ikisi uşaq olmaqla 6 mülkü şəxsin həlak olması, 33 nəfərin yaralanması, evlər, məktəblər, uşaq bağçaları, həyati əhəmiyyətli mülkü obyektlər olmaqla, yüzlərlə obyektə ciddi ziyan vurulduğu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı həyata keçirilən bu əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə eynilik təşkil edir. Həmçinin, Ermənistanın indiki və sabiq rəsmilərinin Azərbaycanı “çirkli bomba” ilə hədələməsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

1news.az

 

Paylaş:
553

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər