Mərkəzi Bank uçot dərəcəsini artırıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini artırıb – YENİLƏNİB

15:06 - 05 / 08 / 2016
Mərkəzi Bank uçot dərəcəsini artırıb – YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankının (AMB) Rəyasət Heyəti uçot dərəcəsinin artırılması ilə bağlı qərar qəbul edib.

“8 avqust 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədlərini dəyişməz saxlamaqla uçot dərəcəsini 9,5% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edilib”, - Mərkəzi Bankın məlumatında qeyd edilir.

Məlumatda həmçinin qeyd edilir ki, milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bank pul siyasəti alətlərinin parametrlərinə, o cümlədən faiz dəhlizinə zəruri korreksiyalar edib.

“Pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün Mərkəzi Bank likvidliyin sterilizasiyası əməliyyatlarını aktivləşdirmiş, iyun ayından başlayaraq milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit əməliyyatlarına başlayıb”, - AMB-nin məlumatında qeyd olunur.  

Xatırladaq ki, uçot dərəcəsi – bu, Mərkəzi Bankın kommersiya banklarına kreditlər üzrə faiz dərəcəsidir. İqtisadi şəraiti tənzimləyərək Mərkəzi Bank uçot dərəcəsini həm artıra, həm də azalda bilər. Eləcə də buna uyğun olaraq pul kütləsini də həmçinin – həm artıra, həm də azalda bilər.

Uçot dərəcəsinin azalması ilə Mərkəzi Bankın kommersiya bankları tərəfindən pul tələbatı artır. Kommersiya bankları daha çox kredit götürür ki, bunun müqabilində onların maliyyə imkanları da artır. Əgər uçot dərəcəsi azalırsa, o zaman kommersiya bankları tərəfindən pul tələbatı da əksinə olaraq azalır.

Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin dəyişməsi – artması və ya azalması bazar iqtisadiyyatının nəzəriyyə və praktikasında “bahalı” və “ucuz” pul siyasəti adlanır.

“Bahalı” pul siyasəti (uçot dərəcəsi artırılanda) hökumət inflasiyanı azaltmaq istədiyi zaman həyata keçirir. “Ucuz” pul siyasəti (uçot dərəcəsi azalanda)hökumət hasilatın zəifləməsi, daha çox struktur dəyişikliyi zamanı müəssisənin dəstəklənməsi zamanı həyata keçirilir. Buna görə, “ucuz” pul siyasətini həmçinin “inflasiya kreditləşməsi siyasəti” də adlandırırlar.

Uçot dərəcəsinin artırılması inflasiya ilə mübarizədə ən güclü vasitə hesab olunur. Lakin eyni zamanda bu, istehsalatın ixtisarına da gətirib çıxara bilər.

1news.az

Paylaş:
730

Son xəbərlər

FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52
Bütün xəbərlər