Suraxanıda üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb - VİDEO

10:27 - Bu gün
Suraxanıda üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb - VİDEO

Suraxanıda əməliyyat keçirilib, üzərindən 10 kiloqram marixuana aşkarlanan narkokuryer saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat zamanı əvvəllər də dəfələrlə məhkum edilmiş 35 yaşlı Vüqar Məhəmmədov saxlanılıb.

Ondan bağlamalarda 10 kiloqram marixuana aşkarlanaraq götürülüb. V.Məhəmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
819

Son xəbərlər

Bütün xəbərlər