Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

1news Redaksiyası12:44 - 15 / 11 / 2025
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
8447

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər