Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşıb

1news Redaksiyası13:10 - 15 / 11 / 2025
Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşıb

Dünya əmtəə bazarlarında qızıl 100 dollar ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, ötən gün qızıl bazarında eniş qeydə alınıb. Comex birjasında qızılının qiyməti 100,30 dollar və ya 2,39% azalaraq 4 094,20 ABŞ dolları/unsiya səviyyəsinə düşüb. Spot qızılın qiyməti isə 87,46 dollar və ya 2,10% geriləyərək 4 084,06 ABŞ dolları/unsiya təşkil edib.
Hər iki seqment üzrə dərin azalma bazarda satış təzyiqlərinin artdığını göstərir.

Qiymətlərin azalmasına əsasən ABŞ iqtisadiyyatına dair açıqlanan makroiqtisadi göstəricilərin Federal Ehtiyat Sisteminin (FED) siyasətinə dair gözləntiləri gücləndirməsi və dolların möhkəmlənməsi təsir edib.

Paylaş:
8250

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər